“Neftçi” artıq Sarayevodadır – Video

Avropa Konfrans Liqasındakı təmsilçimiz “Neftçi” “Jelezniçar”la səfər oyunu üçün Bosniya və Herseqovinaya yollanıb.

Arena.az xəbər verir ki, “ağ-qaralar” ötən gün axşam saatlarında çarter reysi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya yollanıblar.

Artıq paytaxt klubu mənzil başına çatıb. Bakı təmsilçisi son transferlərini də səfərə aparıb. Söhbət yarımmüdafiəçi Qara Qarayevlə fransalı müdafiəçi Ervin Koffidən gedir. Amma Koffidəndən fərqli olaraq, Qarayev əvvəlki klubu “Qarabağ”ın heyətində UEFA Çempionlar Liqasında oynadığından Konfrans Liqasının təsnifat mərhələsində çıxış edə bilməz.

Xatırladaq ki, “Jelezniçar”la “Neftçi” arasındakı ilk oyun sabah – iyulun 27-də Sarayevoda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə bir həftə sonra “Bakcell Arena”da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: