“Jelezniçar” – “Neftçi”: Start heyətlər açıqlandı

Azərbaycanın Avropa Konfrans Liqasındakı daha bir təmsilçisi – “Neftçi” də bu gün 2023/2024 mövsümündə ilk oyununa çıxır.

Arena.az xəbər verir ki, bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulan paytaxt təmsilçisi ilk matçını Bosniya və Herseqovinada bu ölkənin “Jelezniçar” komandasına qarşı keçirəcək.

“Qrbavitsa” stadionunda baş tutacaq oyunda ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.

Artıq komandaların bu oyuna hansı heyətlə çıxacağı da məlumdur. Baş məşqçilərin ilk oyun üçün seçimi aşağıdakı kimidir:

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
27 iyul

23:00. “Jelezniçar” – “Neftçi”
Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo. “Qrbavitsa” stadionu.

Jelezniçar: 1. Edis Mulaliç, 5. Aleksandar Kosoriç (k), 19. Amar Drina, 33. İrfan Yaşareviç, 8. Nedim Mekiç, 18. Edin Biber, 7. Süleyman Krpiç, 17. Andriya Driyo, 26. Jozef Amoa, 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 13. Vedad Muftiç, 3. Amar Musiç, 4. Ali Paşiç, 6. Edin Kokaliç, 11. Hamza Qasal, 14. Semir Ştiliç, 21. Nikola Turanyanin, 23. Omar Beça, 28. Ayman Şemdin, 30. Drajen Dubaçkiç, 77. Haris Ovçina.
Baş məşqçi: Nermin Başiç.
Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov (k), 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 23. Ataa Cabir, 26. Ömər Buludov, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.

Xəbəri sosial şəbəkələrdə paylaş: