“Neftçi” – “Jelezniçar”: Start heyətlər bilindi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün “Jelezniçar”la 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, “ağ-qaralar” səfərdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Bosniya və Herseqovina təmsilçisini bu dəfə doğma meydanda sınağa çəkəcək.

Azərbaycan təmsilçisinə mərhələ adlamaq üçün mütləq qələbə qazanmaq lazımdır.

Bakılılar “Jelezniçar”ı mübarizədən kənarlaşdırsalar, növbəti mərhələdə “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcəklər.

Artıq hər iki komandanın saat 21:00-da başlayacaq oyun üçün start heyəti müəyyənləşib. Baş məşqçi Adrian Mutu Bakıdakı qarşılaşmada aşağıdakı start heyətinə üstünlük verib:

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu

3 avqust

21:00. “Neftçi” – “Jelezniçar”
Baş hakim: Balaş Berke (Macarıstan).
Bakı. 8-ci km stadionu.
İlk oyun – 2:2.

Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev, 26. Ömər Buludov, 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k), 5. Kenni Sayef, 10. Filip Ozobiç, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 77. Yeqor Boqomolski, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Jelezniçar: 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç, 18. Edin Biber, 77. Haris Ovçina, 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 1. Aydın Mulaliç, 3. Amar Muşiç, 11. Hamza Qazal, 17. Andriya Drilyo, 21. Nikola Turanyaniç, 23. Omar Beka, 26. Yosef Amoa, 30. Drazen Dubaçkiç.
Baş məşqçi: Nermin Başiç.

Xəbəri sosial şəbəkələrdə paylaş: