Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün “Jelezniçar”la 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, “ağ-qaralar” səfərdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Bosniya və Herseqovina təmsilçisini bu dəfə doğma meydanda sınağa çəkib.
Azərbaycan təmsilçisinə mərhələ adlamaq üçün mütləq qələbə qazanmaq lazım idi. Paytaxt klubu bu istəyinə iki cavabsız qolla nail olub və növbəti mərhələyə yüksəlib.
“Jelezniçar”ı mübarizədən kənarlaşdıran “Neftçi” 3-cü təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
3 avqust
“Neftçi” – “Jelezniçar” 2:0
Qollar: Qol: Kenni Sayef, 19. Eddi İsrafilov, 68.
Baş hakim: Balaş Berke (Macarıstan).
Bakı. 8-ci km stadionu.
İlk oyun – 2:2.
Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 44. Yuri Matias, 7. Azər Əliyev (19. Azər Salahlı, 20), 26. Ömər Buludov (21. İsmayıl Zülfüqarlı, 89), 14. Eddi İsrafilov, 23. Ataa Caber, 8. Emin Mahmudov (k) (77. Yeqor Boqomolski, 89), 5. Kenni Sayef (27. Fərid Yusifli, 89), 10. Filip Ozobiç (17. Rəhman Hacıyev, 77), 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 37. Elton Əlibəyli, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Jelezniçar: 13. Vedad Muftiç, 5. Aleksandar Kosoriç (k) (30. Drazen Dubaçkiç, 71), 6. Edin Kokaliç, 23. İrfan Yaşareviç, 24. Marin Qaliç, 44. Edin Rustemoviç (21. Nikola Turanyanin, 65), 18. Edin Biber (11. Hamza Qazal, 71), 77. Haris Ovçina (17. Andriya Drilo, 51), 8. Nedim Mekiç, 7. Süleyman Krpiç, 9. Cenan Haraçiç (26. Yosef Amoa, 71).
Ehtiyat oyunçular: 1. Aydın Mulaliç, 3. Amar Muşiç, 23. Omar Beka.
Baş məşqçi: Nermin Başiç.


