“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Jelezniçar” ilə səfər oyunundan öncə son məşqə çıxıb.
Arena.az xəbər verir ki, Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki “Qrbavitsa” stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Hazırlıq prosesindən əvvəl “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov komandanın üzvləri ilə görüşüb. Klub rəhbəri komandaya sabahkı oyunda inandığını bildirib. O, futbolçulara qarşıdakı matçda uğurlar arzulayıb.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıdakı “Bakcell Arena”da baş tutacaq.






