“Neftçi” “Jelezniçar”la səfər matçından heç-heçə ilə qayıdır

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” komandası bu gün 2023/2024 mövsümündə ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulan “ağ-qaralar” Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la qarşılaşıb.

Bu rəqiblə ilk oyun Sarayevodakı “Qrbavitsa” stadionunda baş tutub. Estoniyalı hakimlərin idarə etdiyi qarşılaşma Bakı klubu üçün uğursuz alınıb. Dörd qolun qeydə alındığı matç məhsuldar heç-heçə ilə başa çatıb. Hesabda iki dəfə geri düşən təmsilçimiz çətinliklə də olsa, məğlubiyyətdən xilas olmağı bacarıb.

Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 3-də Bakıda, “Bakcell Arena”da keçiriləcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
27 iyul

“Jelezniçar” – “Neftçi” 2:2
Qollar: Cenan Haraçiç, 14. Jozef Amoa, 45+9 – Kilan Lebon, 44. Rəhman Hacıyev, 90+5.
Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo. “Qrbavitsa” stadionu.

Jelezniçar: 1. Edis Mulaliç, 5. Aleksandar Kosoriç (k), 19. Amar Drina, 33. İrfan Yaşareviç (77. Haris Ovçina, 36), 8. Nedim Mekiç, 18. Edin Biber, 7. Süleyman Krpiç (30. Drajen Dubaçkiç, 78), 17. Andriya Driyo (21. Nikola Turanyanin, 68), 26. Jozef Amoa (11. Hamza Qasal, 46), 9. Cenan Haraçiç.
Ehtiyat oyunçular: 13. Vedad Muftiç, 3. Amar Musiç, 4. Ali Paşiç, 6. Edin Kokaliç, 14. Semir Ştiliç, 23. Omar Beça, 28. Ayman Şemdin.
Baş məşqçi: Nermin Başiç.
Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 5. Kenni Sayef (17. Rəhman Hacıyev, 80), 7. Azər Əliyev, 8. Emin Mahmudov (k), 10. Filip Ozobiç (77. Yeqor Boqomolski, 72), 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 23. Ataa Cabir, 26. Ömər Buludov (99. Ervin Koffi, 72/19. Azər Salahlı, 90+3), 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli.
Baş məşqçi: Adrian Mutu.

Xəbəri sosial şəbəkələrdə paylaş: