“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəyi ilk oyuna ciddi itkilərlə çıxacaq.
Arena.az xəbər verir ki, paytaxt klubunda 3 futbolçu kollektivdən ayrı düşüb.
Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qəbələ” ilə keçirilən matçdan (3:1) əvvəl məşq zamanı zədələnən qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir.
Bir müddətdir zədədən əziyyət çəkən vinger Kilan Lebon fərdi hazırlaşır.
Asiya Kubokunda çıxışını başa vuran Fələstin yığmasının heyətində yer alan yarımmüdafiəçi Ataa Caber isə orada bir müddət müalicə keçdikdən sonra Bakıya qayıdacaq.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyununu sabah – yanvarın 31-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək. Bu oyuna saat 19:00-da start veriləcək.


