“Neftçi”nin ərəblərlə oyunu ləğv olundu

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin bu gün keçirməli olduğu dördüncü yoxlama oyunu ləğv edilib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, “ağ-qaralar” bu gün Səudiyyə Ərəbistanının “Əl-Oruba” komandası ilə sınaq matçına çıxmalı idi. Amma rəqib komanda bu matçdan imtina edib. Bu üzdən də Azərbaycan təmsilçisi ikitərəfli oyun keçirəcək.

Qeyd edək ki, “Neftçi” Türkiyə toplanışı çərçivəsində ötən gün sonuncu məşqinə çıxıb. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda toplanış müddətində Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) komandaları ilə sınaq matçı da keçirib. Bu gün baş tutacaq ikitərəfli oyunla toplanışı başa vuracaq komanda sabah Bakıya qayıdacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: