Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” qapıçısı Nicat Mehbalıyev ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 23 yaşlı qolkiperlə yeni anlaşmanın müddəti 2026-cı ilin iyun ayına kimidir.
Nicat Mehbalıyev 2020-ci ildən “Sabah”ın sıralarında çıxış edir. Qolkiper Premyer Liqada ilk oyununu 2020/2021 mövsümündə məhz bu komandanın heyətində keçirib.
“Bakı”nın yetirməsi olan Mehbalıyev vaxtilə “Qarabağ”, “Sumqayıt” və “Qəbələ”də də forma geyinib.
Xatırladaq ki, “Sabah” bu gün gənc yarımmüdafiəçisi Ceyhun Nuriyevi də “Zirə”yə satıb.



