Nicat Mehbalıyev və Camal Cəfərov “Sabah”da debüt etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilmiş “Keşlə” ilə oyun “Sabah”ın qapıçısı Nicat Mehbalıyev və hücumçusu Camal Cəfərov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu Premyer Liqada ilk oyunlarını keçiriblər.

Nicat oyuna start heyətində başlayıb. 20 yaşlı qolkiper Premyer Liqada ilk matçında qapısını toxunulmaz saxlayıb.

Camal isə qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub. 19 yaşlı hücumçu Tiemoko Fofananı əvəzləyib.

Qeyd edək ki, “Keşlə” – “Sabah” oyununda qalib müəyyənləşməyib – 0:0.

Xəbəri sosial şəbəkələrdə paylaş: