Nikolas Raysel “Səbail”dən getdi

Səbail” hücumçusu Nikolas Raysel ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi müqavilə müddətinin sona çatması ilə əlaqədar futbolçu ilə yollarının ayrılması barədə qərar qəbul edib. “Səbail” Nikolasa gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Nikolas Raysel 2021-ci ilin sentyabrından “Səbail”də çıxış edirdi. 28 yaşlı vinger bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Fransalı futbolçu daha öncə Azərbaycanda “Qəbələ”nin (2020/21) də uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: