Ocan Can Kökçü üçün 76 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Niderland Birinci Divizionunun 3-cü turu çərçivəsində baş tutan “Breda” ilə oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” yekunda 2:0 hesablı qələbəyə sevinib.

Ozan Can bu görüşə start heyətdə başlayıb və 76-cı dəqiqədə əvəzlənib.

“Eyndhoven” cari mövsümdə keçirdiyi 2 oyuna 4 xal toplayıb və 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: