“Olimpiakos” “Neftçi” üçün 24 futbolçu sifariş etdi

Yunanıstanın “Olimpiakos” klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçiriləcək iki oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə 24 futbolçu yer alıb.

Qapıçılar: Tomaş Vatslik, Eqmundur Kristinsson, Konstantinos Colakis;

Müdafiəçilər: Usseynu Ba, Ruben Semedo, Kenni Lala, Svetozar Markoviç, Avraam Papadopulos, Sokratis Papastatopulos, Oleq Ryabçuk;

Yarımmüdafiəçilər: Tanasis Andrutsos, Andreas Buxalakis, Məhəmməd Kamara, Agibu Kamara, Pyer Kunde, Giorgos Masuras, Yan Mvila, Matye Valbuena;

Hücumçular: Nikola Çumiç, Yussef əl-Ərabi, Ahmed Hasan Koka, Lazar Ranceloviç, Tikinyo Soares, Marius Vrusai.

“Neftçi” “Olimpiakos”la iyulun 21-də səfərdə, iyulun 28-də isə Bakıda qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: