Ömər Buludov “Neftçi” ilə yeni müqavilə bağladı

“Neftçi” futbol klubu yetirməsi Ömər Buludov ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, sağ cinah müdafiəçisi 2024-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

Qeyd edək ki, Ömər Buludov 2017/18 mövsümündən “Neftçi”nin heyətində 74 rəsmi oyunda meydana çıxıb. 22 yaşlı futbolçu bu matçlarda 3 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: