“Araz-Naxçıvan”ın iki futbolçusu – Orxan Əliyev və Aksel Nqando yüngül zədə səbəbindən bu gün keçirilən məşqdə iştirak etməyiblər.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, onların Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.
Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək.
Orxan Əliyev cari mövsümdə Naxçıvan klubunun heyətində 29 oyuna çıxıb, 13 qol vurub və 3 məğlubiyyətə üzülüb. Aksel Nqando isə bu komandada 16 oyuna 3 qol və 3 məğlubiyyətlə yadda qalıb.


