Otabek Şukurov Türkiyə klubundan ayrıldı

Türkiyənin “Fatih Karagümrük” klubu Özbəkistan millisinin də üzvü olan yarımmüdafiəçisi Otabek Şukurov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçunun bu mövsümün sonuna qədər olan müqaviləsinə vaxtından öncə xitam verildiyi diqqətə çatdırılıb. Tərəflərin bu məsələdə qarşılıqlı razılığa gəldiyi bildirilir.

Xatırladaq ki, Otabek Şukurov 2022-ci ilin yayından “Fatih Karagümrük”də çıxış edirdi. O, bu komandada 46 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Şukurov daha öncə “Şarca”, “Bunyodkor”, “Buxoro” və “Maşal” komandalarında da forma geyinib. O, Özbəkistan milli komandasında da 61 matça çıxıb, 8 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: