Ozan Can Kökçü 90 dəqiqə oynadı, “Eyndhoven” xal itirdi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 15-ci turu çərçivəsində baş tutan “Oss” komandası ilə oyunun iştirakçısı olub.

“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 3 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə qazandığı 22 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 55 oyuna çıxıb, 10 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: