Ozan Can Kökçü “Dordrext”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Niderland Birinci Divizionunun 8-ci turu çərçivəsində baş tutan “Dordrext”lə oyunun iştirakçısı olub.

“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan 1 xalla ayrılıb. Hesabı qonaq komanda açsa da, futbolçumuzun komandası bu dəfə də 90+4-cü dəqiqədə bərabərlik qolunu vurmağı bacarıb.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 1 qol vurmuş futbolçu bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə qazandığı 11 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 45 oyuna çıxıb, 8 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: