Ozan Can Kökçü HJK-da – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra Finlandiyanın HJK klubunun uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Millimizin üzvü yeni klubu ilə 2,5 illik (2026-cı ilin 31 dekabrına qədər) müqavilə imzalayıb. Ozanın “Eyndhoven”dən HJK-ya transferinin detalları açıqlanmayıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan keçmişdi. Yarımmüdafiəçi Niderland Birinci Divizionunda mübarizə aparan bu komandanın heyətində ötən mövsüm 40 oyuna çıxıb, 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Eyndhoven” karyerası bütövlükdə 78 oyun, 19 qol və 4 assistdən ibarətdir.

Ozan daha öncə Niderlandda “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinmiş futbolçu 2022-ci ildən isə əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: