Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Özan Can Kökçü Finlandiyanın HJK klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 26 yaşlı vinger az oynamaq şansı qazandığı üçün müqaviləsinə xitam verilməsini istəyib.
Helsinki klubu da onun azad agent kimi komandanı tərk etməsinə icazə verib. Millimizin üzvünün bundan sonrakı karyerasını harada davam etdirəcəyi hələ bilinmir.
Xatırladaq ki, Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunmuşdu. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atmışdı. Millimizin üzvü bu komandanın heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


