Ozan Can Kökçü liderə qarşı 4 dəqiqə oynadı, qələbəyə sevindi

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 32-ci çərçivəsində keçirilmiş lider “Zvolle” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 4:2 hesablı qələbə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşün 86-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 5 qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə keçirdiyi 32 oyuna 50 xal toplayıb və 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: