Ozan Can Kökçü “Mastrixt”ə qarşı 90 dəqiqə oynadı, 3 xala sevindi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 2-ci turundan təxirə salınmış “Mastrixt”lə oyunun iştirakçısı olub.

“Eyndhoven” səfərdə baş tutan bu oyundan 3 xalla ayrılıb. Futbolçumuzun komandası ikinci hissədə vurduğu yeganə qolla qalib gəlib – 1:0.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 1 qol vurmuş futbolçu bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə qazandığı 14 xalla 20 kollektiv arasında 4-cu pillədə qərarlaşıb. Komanda geridə qalan 8 turda məğlub olmayan yeganə kollektivdir.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 46 oyuna çıxıb, 8 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: