Ozan Can Kökçü oynadı, “Eyndhoven” PSV ilə “sülh bağladı”

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 13-cü turu çərçivəsində baş tutan PSV-nin gənclərdən ibarət komandası ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” 13 oyuna topladığı 23 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: