Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Niderland Birinci Divizionunun 4-cü turu çərçivəsində baş tutan “Telstar”la oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” yekunda 1:0 hesablı qələbəyə sevinib.
Ozan Can sabiq komandası ilə görüşə start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib.
“Eyndhoven” cari mövsümdə keçirdiyi 3 oyuna 7 xal toplayıb və 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 41 oyuna çıxıb, 7 qola imza atıb.


