Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 24 yaşlı futbolçunun komandası bu gün Niderland Birinci Divizionunun 2023/2024 mövsümündə ilk oyununu keçirib.
Sözügedən kollektiv açılış turunda “Villem II” ilə qarşılaşıb. Ozanlı “Eyndhoven” doğma meydanda baş tutan qarşılaşmadan 1 qol və 1 xalla ayrılıb – 1:1.
Ozan Can bu görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.


