Ozan Can oynadı, “Telstar” doğma meydanda uduzdu

Futbol üzrə Niderland 2-ci liqasında 24-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Breda” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ozan da bu matçın iştirakçısı olub. Oyuna start heyətdə başlayan yarımmüdafiəçi 78-ci dəqiqədə əvəzlənib.

Ozan “Sabah” klubundan icarə əsasında “Telstar”a keçib. O, Niderland təmsilçisində 4 oyuna çıxıb.

“Telstar” 2-ci liqada 24 turdan sonra 33 xalla 9-cu sıradadır.