Azərbaycan çempionu “Qarabağ”ın yarımmüdafiəçiləri Patrik Andrade və Leandro Andrade Kabo Verde millisinə dəvət alıblar.
Arena.az xəbər verir ki, hər iki futbolçu Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə mərhələ oyunları üçün yığmaya cəlb ediliblər.
Xatırladaq ki, noyabrın 16-da Anqolanı qəbul edəcək komanda noyabrın 21-də Cənubi Afrika Respublikasında Esvatini ilə üz-üzə gələcək. D qrupunda Kamerun, Liviya və Mavriki milliləri də yer alır.
Patrik Andrade 2020-ci ilin oktyabr ayından formasını geyindiyi Kabo Verde yığmasında 17 oyun keçirib. 30 yaşlı futbolçu “Qarabağ”da da 85 oyuna çıxıb, 12 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Leandro Andrade isə 2022-ci ilin mart ayından Kabo Verde millisində çıxış edir. O, yığmada cəmi 3 matç keçirib. 24 yaşlı futbolçunun “Qarabağ” karyerası isə 74 oyun, 19 qol və 28 məhsuldar ötürmədən ibarətdir.


