Pavel Paşayev Ukraynanın aşağı liqa klubunda

Futbol üzrə Azərbaycan millisinin sabiq müdafiəçisi Pavel Paşayev özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını Ukrayna 1-ci liqasında mübarizə aparan “VPK-Arqo”da davam etdirəcək.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Lakin klub onunla imzalanan müqavilənin müddətini və detalları açıqlamayıb.

“VPK-Arqo” bu mövsüm keçirdiyi 6 oyundan sonra 6 xalla 13-cü pillədə qərarlaşıb.

Pavel Paşayev son olaraq Ukraynada Premyer Liqa təmsilçisi “Aleksandriya”nın formasını geyinib. O, 2017-ci ildən oynadığı bu komandadan bu yay ayrılıb. Futbolçu daha öncə “Dnepr”, “Krivbas”, “Karpatı”, “Metallurq”, “Qəbələ” və “Stal” klublarının da formasını geyinib. Müdafiəçi 2015-2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb. O, yığmamızda 21 matç keçirib.