Böyük Briyaniya Peşəkar Futbol Assosiasiyası (PFA) İngiltərədə ötən mövsümün ən yaxşı oyunçularından ibarət rəmzi yığmanı açıqlayıb.
Arena.az bu barədə Böyük Briyaniya Peşəkar Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Vurğulayaq ki, Böyük Briyaniya Peşəkar Futbol Assosiasiyası 4000 üzvü olan, dünyanın peşəkar idmançılardan ibarət ən qocaman qurumudur. Qurum ötən mövsümün rəmzi yığmasını futbolçular arasında aparılmış səsvermə nəticəsində müəyyənləşdirib:
Qapıçı: David Rayya (“Arsenal”);
Müdafiəçilər: Vilyam Saliba (“Arsenal”), Vircil van Deyk (“Liverpul”), Qabriel Maqalyans (“Arsenal”), Kayl Uoker (“Mançester Siti”);
Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”), Deklan Rays (“Arsenal”), Martin Edeqor (“Arsenal”);
Hücumçular: Erlinq Haland (“Mançester Siti”), Filip Foden (“Mançester Siti”), Olli Uotkins (“Aston Villa”).
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümünün çempionu “Mançester Siti” olub. 2-ci yeri “Arsenal”, 3-cü yeri isə “Liverpul” tutub.


