PFL “Ayın qolu” layihəsi üzrə martın qaliblərini açıqladı

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatlarında “Ayın qolu” layihəsi üzrə mart ayının qaliblərinin siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Belə ki, PFL-in xüsusi münsiflər heyəti Azərbaycan Premyer Liqasında, Birinci Liqada və İkinci Liqada ən yaxşıları müəyyənləşdirib. Premyer Liqada Tellur Mütəllimov fərqlənib. “Sabah”ın üzvünün qolu 6 səslə ən yaxşı adına layiq görülüb. “Səbail”li Rüfət Abdullazadə 3, “Araz-Naxçıvan”lı Bernardo Dias 2 səs toplayıb.

Bundan başqa, Birinci Liqada Pablo Alveş (“İmişli”), İkinci Liqada isə Rəvan Quluzadə (“Lerik”) qalib olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: