Pioli “Slaviya” üzərində qələbədən məmnundur

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/8 finalının ilk oyununda evdə “Slaviya” üzərində qələbəsini (4:2) şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, yaxşı qələbədir. “Slaviya” çox güclü və enerjili komandadır, ona görə də biz belə bir üstünlüklə olsa belə, növbəti mərhələyə çıxmaq üçün hələ çox iş görməliyik. “Slaviya” çox yaxşı komandadır, amma cavab oyununda taktiki cəhətlər fərqli olacaq. Onlar iki qol vurmalıdırlar, ona görə də sadəcə oturub çeydanın özlərinə aid yarısında bizi gözləyə bilməzlər”, deyə Pioli cavab oyunun gərgin keçəcəyini başa düşməyə əsas verib.

Komandalar arasında cavab oyunu martın 14-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: