Futbol üzrə Polşa çempionatında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, “Legiya” komandası sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Varşava təmsilçisi hazırda 59 xalla liderdir. Sözügedən komanda ən yaxın izləyicisi olan “Rakov” və “Poqon”u 9 xal qabaqlayır. “Legiya” əsas rəqiblərinin hər ikisi ilə oyunlarda müsbət nəticə qazandığından, son üç matçda məğlub olsa belə, liderliyini qoruyacaq.
“Legiya” tarixində 15-ci dəfə Ekstraklasanın qalibi olub. Bununla da sözügedən komanda Polşa rekordçusuna çevrilib. Hazırda Varşava təmsilçisinin ən yaxın izləyicisi olan “Qornik”lə “Visla”nın hesabında hərəyə 14 çepionluq var. Dördüncü pillədəki “Rux” isə 13 dəfə çempion olub.


