Premyer Liqa: 2-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 2-ci turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” oyunu ilə start veriləcək. Bu qarşılaşmanın baş hakimi Rauf Allahverdiyev olacaq.

Şənbə gününə təsadüf edəcək “Araz-Naxçıvan” – “Şamaxı” oyunu Fərid Hacıyevə, “Səbail” – “Neftçi” matçı isə Kamal Umudluya tapşırılıb.

“Turan Tovuz” – “Sumqayıt” oyununun baş hakimi Tural Qurbanov olacaq. “Sabah” – “Zirə” matçını isə FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Premyer Liqa
2-ci tur
9 avqust

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 20:00.

10 avqust

“Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mərdəkan. “Dalğa Arena”, 18:45.

“Səbail” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bayıl Arena”, 21:00.

11 avqust

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:45.

“Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”, 21:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: