Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 2-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Üç günü əhatə edəcək turun açılış matçı “Azersun Arena”da baş tutacaq. Son çempion “Qarabağ” doğma meydanda “Kəpəz”i sınağa çəkəcək.
Həftənin son qarşılaşması “Masazır Arena”da “Sabah”la “Zirə” arasında gerçəkləşəcək.
Premyer Liqa
2-ci tur
9 avqust
20:00. “Qarabağ” – “Kəpəz”
Bakı. “Azersun Arena”.
10 avqust
18:45. “Araz Naxçıvan” – “Şamaxı”
Mərdəkan. “Dalğa Arena”.
21:00. “Səbail” – “Neftçi”
“Bayıl Arena”.
11 avqust
18:45. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu.
21:00. “Sabah” – “Zirə”
“Masazır Arena”.


