Premyer Liqa: 4-cü turun hakimləri bəlli oldu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 4-cü turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

İlk oyun günündə baş tutacaq “Səbail” – “Kəpəz” matçı Rauf Allahverdiyevə tapşırılıb.

Bu turun “Qarabağ” – “Turan Tovuz” matçını Fərid Hacıyev idarə edəcək.

“Sabah” – “Sumqayıt” qarşılaşmasında Elçin Məsiyev fit çalacaq.

“Araz-Naxçıvan” – “Neftçi” qarşılaşmasında isə İnqilab Məmmədov iş başında olacaq.

Premyer Liqa
4-cü tur
23 avqust

19:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”.

24 avqust

18:15. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azərsun Arena”.

20:30. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”.

25 avqust

18:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”.

20:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: