Premyer Liqa: 4-cü turun oyun cədvəli müəyyənləşdi

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 4-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Üç günü əhatə edəcək turun bütün görüşləri canlı yayımlanacaq. Avqustun 23-də start götürəcək tura ayın 25-də yekun vurulacaq.

Premyer Liqa
4-cü tur
23 avqust

“Səbail” – “Kəpəz”
“Bayıl Arena”, 19:00.

24 avqust

“Qarabağ” – “Turan Tovuz”
Suraxanı. “Azərsun Arena”, 18:15.

“Araz-Naxçıvan” – “Neftçi”
Mərdəkan. “Dalğa Arena”, 20:30.

25 avqust

“Sabah” – “Sumqayıt”
“Masazır Arena”, 18:15.

“Zirə” – “Şamaxı”
Zirə İK stadionu, 20:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: