Premyer Liqa: 6-cı turun oyun cədvəli bəlli oldu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 6-cı turunun oyun cədvəli müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Üç günü əhatə edəcək turun bütün görüşləri canlı yayımlanacaq. Tura sentyabrın 13-də start veriləcək. İlk oyun günündə bir görüş baş tutacaq. Şənbə və bazar günlərinə isə iki oyun təsadüf edəcək.

Premyer Liqa
6-cı tur
13 sentyabr

“Araz-Naxçıvan” – “Kəpəz”
Mərdəkan. “Dalğa Arena”, 19:30.

14 sentyabr

“Şamaxı” – “Sumqayıt”
Şamaxı şəhər stadionu, 16:30.

“Qarabağ” – “Səbail”
Bakı. “Azərsun Arena”, 19:00.

15 sentyabr

“Zirə” – “Neftçi”
Zirə İK stadionu, 18:00.

“Sabah” – “Turan Tovuz”
“Masazır Arena”, 20:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: