Premyer Liqa: “Aston Villa” “Arsenal”a tək qolla uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Aston Villa” doğma meydanda son çempion “Arsenal”la üz-üzə gəlib. London təmsilçisi səfərdən çətin qələbə ilə qayıdıb.

Beləliklə, geridə qalmış 2 turdan sonra “Mançester Siti”, “Arsenal”, “Hall Siti” və “Çelsi” itkisiz irəliləyirlər.

İngiltərə, Premyer Liqa
2-ci tur

28 avqust

Kristal Pelas – Mançester Siti 1:4

29 avqust

Liverpul – Nottingem Forest 2:2
Bornmut – Everton 1:1
Koventri Siti – Hall Siti 0:1
Tottenhem – Nyukasl 0:2

30 avqust

Çelsi – Brayton 4:3
Lids – Brentford 1:1
Sanderlend – Fulhem 1:0
Mançester Yunayted – İpsviç Taun 5:2

31 avqust

Aston Villa – Arsenal 0:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: