Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Fulhem” doğma meydanda “Çelsi” ilə üz-üzə gəlib. Görüş məhsuldar alınıb. Beş qolun vurulduğu görüşün yekununda “zadəganlar” 3:2 hesablı qələbəni bayram ediblər.
İngiltərə, Premyer Liqa
1-ci tur
21 avqust
Arsenal – Koventri Siti 3:0
22 avqust
Hall Siti – Mançester Yunayted 2:0
Everton – Kristal Pelas 2:0
İpsviç Taun – Sanderlend 2:1
Nottingem Forest – Lids 0:1
Brentford – Tottenhem 3:0
23 avqust
Brayton – Aston Villa 4:0
Mançester Siti – Bornmut 2:1
Nyukasl – Liverpul 2:2
24 avqust
Fulhem – Çelsi 2:3


