Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”ın Qəbələ görüşü

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında “Kəpəz” və “Araz-Naxçıvan” komandaları qarşılaşacaqlar. Sözügedən kollektivlər məlum səbəblərdən Qəbələ şəhər stadionunda üz-üzə gələcəklər.

“Kəpəz”lə “Araz-Naxçıvan” buna qədər 6 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə gəncəlilər 4, naxçıvanlılar 2 qələbəyə seviniblər, heç-heçə qeydə alınmayıb. Son iki matçda qonaq komanda qələbə qazanıb. “Kəpəz” evdəki bütün oyunlarda qol vurub.

“Kəpəz” hazırda 17 xalla Premyer Liqanın turnir cədvəlində 9-cu, “Araz-Naxçıvan” isə 27 xalla 6-cı pilləsində qərarlaşıb.

Premyer Liqa
21-ci tur
3 fevral

“Səbail” – “Qarabağ” 1:2
Qollar: Pedro Nuno, 67-pen – Toral Bayramov, 14-pen. Yassin Benzia, 59-pen.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 15:00.

“Sabah” – “Turan Tovuz” 1:1
Qollar: Kahim Parris, 23 – Aleks Souza, 11.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Masazır Arena”, 17:30.

4 fevral

“Sumqayıt” – “Neftçi” 2:1
Qollar: Kazimir Ninqa, 8; 37 – Filip Ozobiç, 90+6-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.

“Qəbələ” – “Zirə” 1:1
Qollar: Ülvi İsgəndərov, 14 – İlkin Muradov, 19.
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:30.

5 fevral

“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: