Premyer Liqa: “Kəpəz” “Neftçi”ni Tovuzda məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kəpəz” “Neftçi”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilmiş oyunu Cavid Cəlilov idarə edib.

Bu, sözügedən komandaların 62-ci oyunu idi. Əvvəlki 61 oyunda “Kəpəz” 20, “Neftçi” 30 qələbə qazanmışdı, 11 görüş bərabərliklə yekunlaşmışdı. Son 4 oyunda hər iki komanda qol vurmuşdu. “Kəpəz” son 3 ev matçında uduzmamışdı.

Bu görüşdə də Gəncə təmsilçisi qələbə qazanıb. “Kəpəz” bir qol sayəsində vacib 3 xala sevinib.

Bu nəticədən sonra “Neftçi” hazırda 27 xalla 6-cı, “Kəpəz” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Premyer Liqa
25-ci tur

5 mart

“Kəpəz” – “Neftçi” 1:0
Qol: Şevroni Mabatşoev, 50.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhaqyar, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: