Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış oyununda “Kəpəz” “Qəbələ” ilə üz-üzə gələcək. Rəvan Həmzəzadənin idarə edəcəyi bu oyun Qəbələdə baş tutacaq. Məlum səbəblərdən ev oyunlarını burada keçirən Gəncə təmsilçisi indi “Qəbələ”ni də elə bu komandanın arenasında “qəbul edəcək”.
Bu komandaların çempionatın aşkar autsayderi olması görüşə marağı artırır. Belə ki, “Kəpəz” 20 xalla 9-cu, “Qəbələ” isə 15 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb. “Qəbələ” bu oyunda da qalib gələ bilməsə, “zirzəmi”dən çıxması çətin olacaq.
“Kəpəz”lə “Qəbələ” indiyə qədər 26 oyunda üz-üzə gəliblər. Bu oyunlarda gəncəlilər 7, qəbələlilər 11 qələbəyə seviniblər, 8 qarşılaşmada qalib müəyyənləşməyib. “Kəpəz” son 5 ev oyununda qələbə qazanmayıb. Cari mövsümün hər iki matçında qonaq tərəf qalib gəlib.
Premyer Liqa
24-cü tur
23 fevral
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu, 17:00.
24 fevral
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu, 15:00.
“Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 17:30.
25 fevral
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Dalğa Arena”, 16:30.
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


