Premyer Liqa klubları VAR sisteminin ləğvi təklifini rədd edəcəklər

İngiltərə Premyer Liqası klublarının əksəriyyəti “Vulverhempton”un daxili çempionatda VAR-dan istifadədən imtina təklifinə qarşı çıxacaqlar.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Liverpul” və “Mançester Yunayted” kimi klublar, eləcə də bir çox başqa klublar hesab edirlər ki, VAR sisteminin ləğvindənsə, bu sistemin təkmilləşdirilməsi üçün islahat aparılmalıdır.

Bu həftə İngiltərə Premyer Liqası klublarının ümumi icalsı keçiriləcək. Daha əvvəl verilmiş məlumata əsasən, iclas iyunun 6-a təyin edilib.

Xatırladaq ki, daha əvvəl İngiltərə Premyer Liqasının klubları gələn mövsümdən etibarən qüvvəyə minəcək yarımavtomatik ofsayd aşkarlama sisteminin (SAOT) tətbiqinə səs vermişdilər. Ancaq yeniliyin mövsümün əvvəlindən deyil, payız hissəsindən etibarən tətbiqi nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: