Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Nyukasl” – “Liverpul” matçında qalib müəyyənləşməyib. “Brayton” doğma meydanda “Aston Villa”nı 4 cavabsız qolla yenib. “Mançester Siti” isə startda “Bornmut”u məğlub edib.
İlk tura avqustun 24-də baş tutacaq “Fulhem” – “Çelsi” matçı ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
1-ci tur
21 avqust
Arsenal – Koventri Siti 3:0
22 avqust
Hall Siti – Mançester Yunayted 2:0
Everton – Kristal Pelas 2:0
İpsviç Taun – Sanderlend 2:1
Nottingem Forest – Lids 0:1
Brentford – Tottenhem 3:0
23 avqust
Brayton – Aston Villa 4:0
Mançester Siti – Bornmut 2:1
Nyukasl – Liverpul 2:2
24 avqust
23:00. Fulhem – Çelsi


