Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Liverpul” – “Nottingem Forest” matçında qalib müəyyənləşməyib. “Bornmut” – “Everton” görüşü də bərabərliklə yekunlaşıb.
“Koventri Siti” doğma meydanda “Hall Siti”yə, “Tottenhem” isə “Nyukasl”a məğlub olub.
2-ci turun qalan görüşləri avqustun 30-da və 31-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
2-ci tur
28 avqust
Kristal Pelas – Mançester Siti 1:4
29 avqust
Liverpul – Nottingem Forest 2:2
Bornmut – Everton 1:1
Koventri Siti – Hall Siti 0:1
Tottenhem – Nyukasl 0:2
30 avqust
17:00. Çelsi – Brayton
17:00. Lids – Brentford
17:00. Sanderlend – Fulhem
19:30. Mançester Yunayted – İpsviç Taun
31 avqust
23:00. Aston Villa – Arsenal


