Premyer Liqa: “Mançester Siti” ilk turda “Çelsi”yə qalib gəldi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Brentford” – “Kristal Palas” oyununda meydan sahibləri çətin qələbəyə seviniblər.

Son çempion “Mançester Siti” isə yeni mövsümün ilk matçında “Çelsi”nin qonağı olub. “Şəhərlilər” Londondan inamlı qələbə ilə qayıdıblar.

Yeni mövsümün ilk turuna avqustun 19-da keçiriləcək “Lester Siti” – “Tottenhem” oyunu ilə start veriləcək.

İngiltərə, Premyer Liqa
1-ci tur

16 avqust

“Mançester Yunayted” – “Fulhem” 1:0
Qol: Zirkze, 87.

17 avqust

“İpsviç Taun” – “Liverpul” 0:2
Qollar: Jota, 60. Salah, 65.

“Arsenal” – “Vulverhempton” 2:0
Qollar: Haverts, 25. Saka, 74.

“Everton” – “Brayton” 0:3
Qollar: Mitoma, 26. Uelbek, 56. Adinqra, 87.

“Nyukasl” – “Sauthempton” 1:0
Qol: Joelinton, 45.

“Nottingem Forest” – “Bornmut” 1:1
Qollar: Vud, 23 – Semenyo, 86.

“Vest Hem” – “Aston Villa” 1:2
Qollar: Paketa, 37-pen – Onana, 4. Duran, 79.

18 avqust

“Brentford” – “Kristal Palas” 2:1
Qollar: Mbeumo, 29. Vissa, 76 – Pinnok, 56-öz qapısına.

“Çelsi” – “Mançester Siti” 0:2
Qollar: Haland, 18. Kovaçiç, 84.

19 avqust

23:00. “Lester Siti” – “Tottenhem”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: