Premyer Liqa: Mövsümün ilk dövrəsinin son turuna start verilir

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turuna start veriləcək.

Arena.az xəbər verir ki, birinci dövrənin sonuncu turunun açılış oyunu Zirədə baş tutacaq.

Burada lider “Zirə” “Turan Tovuz”u qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma meydan sahibləri üçün xüsusi əhəmiyyət kəsb edir. Rəşad Sadıqovun komandası zirvədəki mövqeyini qorumaq üçün mütləq qalib gəlməlidi. Əks halda zirəlilər ilk dövrəni lider kimi başa vurmaya bilər.

Xatırladaq ki, “Zirə” ilə “Turan Tovuz” indiyə qədər çempionatda 4 dəfə üz-üzə gəliblər. Əvvəlki oyunlarda zirəlilər 3, tovuzlular 1 qələbə qazanıblar. “Zirə” bütün oyunlarda qol vurub. Bakı klubunun ev matçlarında 3 və ya daha çox qol qeydə alınıb.

Premyer Liqa
9-cu tur
6 oktyabr

18:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu.

7 oktyabr

16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ şəhər stadionu.

18:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”.

8 oktyabr

16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena”.

19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: