Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turunun oyunları üçün təyinatlar açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
3-cü tura avqustun 16-da keçiriləcək “Şamaxı” – “Qarabağ” matçı ilə start veriləcək. Bu oyunu Rəşad Əhmədov idarə edəcək.
Şənbə gününə təsadüf edəcək “Kəpəz” – “Turan Tovuz” matçının baş hakimi Cavid Cəlilov olacaq. “Sumqayıt” – “Səbail” qarşılaşması isə Rəvan Həmzəzadəyə həvalə olunub.
“Neftçi” – “Sabah” qarşılaşmasını Tural Qurbanov idarə edəcək. “Zirə” – “Araz-Naxçıvan” oyununda isə Elçin Məsiyev söz sahibi olacaq.
Premyer Liqa
3-cü tur
16 avqust
17:20. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Şamaxı şəhər stadionu.
17 avqust
18:15. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu.
20:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.
18 avqust
18:15. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin stadionu.
20:30. “Neftçi” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Neftçi Arena”.


