Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turunun daha bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə görüşü “Neftçi” ilə “Sabah” arasında keçirilib. Paytaxt təmsilçiləri məlum səbəblərdən Zirədə üz-üzə gəliblər.
İlk iki turdan sonra bu komandaların qələbə hesabını aça bilməməsi diqqət çəkirdi. “Ağ-qaralar”ın 2 heç-heçədən sonra 2, “bayquşlar”ın isə 1 xalı vardı.
“Neftçi” ilə “Sabah” daha öncə çempionatda 23 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə “Neftçi” 13, “Sabah” 6 qələbə qazanmışdı, 4 görüş bərabərliklə yekunlaşmışdı. “Sabah” son 4 görüşdə uduzmamışdı. “Neftçi” son üç oyunda qol da vurmamışdı.
Bu oyunda da eyni senari davam edib. “Sabah” rəqibini 2 cavabsız qolla məğlub etməklə yeni mövsümdə ilk dəfə 3 xala sevinib. “Neftçi”nin isə qələbə həsrəti davam edir.
Xatırladaq ki, 3-cü turun iki oyunu (“Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan”) təxirə salınıb.
Premyer Liqa
3-cü tur
18 avqust
“Neftçi” – “Sabah” 0:2
Qollar: Amin Seydiyev, 54. Coy Lens Mikels, 76.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Ələkbərov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.


