Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 5-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
Burada “Şamaxı” yeni mövsümə o qədər də uğurlu başlamamış “Neftçi”ni sınağa çəkib. Roman Qriqorçukun komandası ilk qələbəsini qazanmağa çalışıb. Amma “Şamaxı” doğma meydanda keçirdiyi bu oyunda heç də uduzmağı planlaşdırmırdı. Məsələ burasındadır ki, bir illik fasilədən sonra yenidən elitaya qayıtmış komanda doğma publika önündə ilk sınağına məhz bu gün çıxıb. Bir sözlə, Ayxan Abbasovun kollektivi belə bir əlamətdar matçda ən azı xal qazanmaq arzusundaydı. “Şamaxı” bu istəyinə çatıb. Qarşılaşma qolsuz yekunlaşıb və komandalar hərəyə 1 xalla kifayətləniblər.
Premyer Liqa
5-ci tur
31 avqust
“Şamaxı” – “Neftçi” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 17:00.
Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev (k), 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk.


